Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Amrahbank-dan növbəti xeyriyyəçilik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amrahbank-dan növbəti xeyriyyəçilik

Amrahbank korporativ sosial məsuliyyət çərçivəsində keçirilən tədbirlərin ictimaiyyətə faydalı təşkil olunmasında daim maraqlıdır.

 

Reklam_3_11

Amrahbank Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində “Dünyamızı daim parlaq rənglərdə görək” adlı növbəti xeyriyyəçilik tədbirini həyata keçirib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, bank tərəfindən bu tip tədbirləin keçirilməsində əsas məqsəd ictimaiyyətdə mövcud olan problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaqdır.

 

"Növbəti korporativ sosial məsuliyyət (KSM) çərçivəsində “Amrahbank”ın maddi dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında imkansız ailədən olan, “katarakta” xəstəliyindən əziyyət çəkən, əməliyyat etmək imkanları olmadıqlarından görmə qabiliyyətlərini getdikcə itirmək təhlükəsi olan 1939-cu il təvəllüdlü Xvatova Svetlananın, 1951-ci il təvəllüdlü Kərimova Rəhilənin, 1941-ci il təvəllüdlü Şıxəliyeva Ayətin gözlərində klinikanın həkimləri tərəfindən cərrahi əməliyyat aparıldı.

 

Klinikadan daxil olan məlumata görə, əməliyyatdan sonrakı gün müayinə olunan xəstələr dünyanı parlaq rəngdə görə bildikləri üçün özlərini çox xoşbəxt hiss edirdilər və talelərində böyük rol oynayanlara sonsuz dərəcədə minnətdar idilər,- - məlumatda deyilir.

 

Xatırladırıq ki, 2017-ci ilin əvvəlindən Amrahbank Xəzər Qayğıkeşlik layihəsi Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində artıq 9 nəfərin gözlərində uğurlu göz əməliyyatlarının həyata keçirilməşinə maddi dəstək göstərmişdir.

 

Amrahbank ənənəvi bank fəaliyyəti ilə yanaşı daima elm, təhsil, sağlamlıq, idman və s. KSM layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir.

 

Amrahbank “Səzə açıq və aydın bank”

18.07.2017 08:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ