Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal internet televiziyası şəbəkəsinin abonentləri sürətlə artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal internet televiziyası şəbəkəsinin abonentləri sürətlə artır

 
Qlobal internet televiziyası şəbəkəsi "Netflix", bu ilin ikinci rübündə gəlirinin və xalis mənfətinin artırdığını bildirib.


 
"Marja" "Netflix"dən verilən məlumata istinadən xəbər verir ki, şirkətin bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz artımla 2,78 milyard dollara yüksəlib.
 

Şirkətin gəliri ötən ilin aprel-iyun dövründə 2,1 milyard dollar olmuşdu.


 
"Netflix"in xalis mənfəəti də bu ilin ikinci rübündə 61 faiz artımla 66 milyon dollara çıxıb. Şirkətin xalis mənfəəti keçən ilin ikinci rübündə 41 milyon dollar olmuşdu.


 
Xəbərdən sonra, Nyu-York Birjasında şirkətin səhmləri 9,9 faiz bahalaşaraq 177,70 dollara yüksəlib.


 
Yeni abonent sayında artım


 
"Netflix"in bu ilin aprel-iyun dövründə dünya üzrə təxminən 5 milyon 200 min yeni abunəçisi olduğu bildirilib.


 
Yeni abonentlərin 1 milyon 70 mininin ABŞ-dan, 4 milyon 140 mininin də ABŞ xarici ölkələrdən gəldiyi bildirilib.


 
 Beləliklə, "Netflix"in cəmi  abonentlərinin sayı ABŞ-da 51 milyon 920 minə, ABŞ xarici ölkələrdə 52 milyon 30 minə çatdığı və dünya üzrə ümumi abunəsinin 103 milyon 950 min olduğu qeyd edilib.


 
"Netflix", bu ilin iyul-sentyabr dövründə dünya üzrə 4 milyon 400 min yeni abunə hədəfi qarşıya qoyduğunu bildirib.


 
Şirkətin abonentlərinin sayının 2017-nin üçüncü rübünün sonunda 108 milyon 350 minə yaxınlaşması gözlənilir.

18.07.2017 09:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ