Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Muğanbank” yenidən mənfəət əldə edən banklar cərgəsində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Muğanbank” yenidən mənfəət əldə edən banklar cərgəsində!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Muğanbank” ASC 2017-ci ilin birinci yarısını 238,7 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Muğanbank”ın bu ilin 1-ci rübündəki 515.18 min manatlıq xalis mənfəəti, ikinci rübündə  238.73 min manat düşüb.

 

"Muğanbank" bu ilin 6 ayı ərzində kreditlər üzrə ehtiyyatların yaradılması üçün 8 milyon 151 min manat ayırıb. Ehtiyatlara böyük məbləğdə ayırma Bankın mənfəətini azaldıb.

 

"Muğanbank" 2016-cı ilin 3 rübünü az da olsa mənfəətlə işləmiş, 4-cü rübdə ehtiyatlara böyük məbləğdə ayırma ilə əlaqədar olaraq ili 14 milyon manatdan çox zərər ilə başa vurmuşdu.

 

Cari ilin ikinci rübündə birinci rüblə müqayisədə, Bankın aktivəri 465,4 milyon manatdan 407,5 milyon manata, öhdəlikləri 401,6 milyon manatdan 343,9 milyon manata, cəmi balans kapitalı isə 63,8 milyon manatdan 63,52 milyon manata geriləyib.

 

Bankın kredit portfeli 336,3 milyon manatdan 328 milyon manata, müştəri hesabları isə 194,1 milyon manatdan  167,5 milyon manata geriləyib.

 

Qeyd edək ki, “Muğanbank” ötən illər yüksək zərərlər etmiş və nəticədə yığılmış zərər 13 milyon manatı keçmişdir. Bu zəzrər Bankın kapitalını azaltmışdı.

 

30 İyun 2017-ci il tarixində Bankın məcmu kapitalı 66 milyon 386 min manat təşkil etmişdir ki, bu da banklara qarşı 50 milyon manat olan kapital tələbindən çoxdur.

 

Min manatla

18.07.2017 09:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ