Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hərracdan sonra banklarda Dollar düşməyə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərracdan sonra banklarda Dollar düşməyə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bankdakı hərracdan sonra banklarda Dollar düşməyə başladı.

 

Xəbər verdiyimiz kimi, ötən cümə günündən bəri banklarda Dollar bahalaşırdı. Banklarda artıq Dolların ən sərfəli alış və satış qiymətləri 1.70 manatdan yüksək idi.

 

Bu gün Mərkəzi Bankda keçirilən hərracda valyuta satışının artırılacağı gözlənilirdi. Ehtimal ki, hərracda təklif tələbi üstələyib və orta çəkili məzənnə 1.7022 manatdan 1.7017 manata geriləyib.

 

"Marja" xəbər verir ki, hərracın ardınca banklarda Dollar düşməyə başlayıb. Yenidən Dolların ən yüksək alış qiyməti 1.70 manatdan aşağı düşüb.

 

Yapı Kredi Bank Azərbaycan alışı 1,7005 manatdan 1.6960 manata, Bank of Baku alışı 1.6960 manatdan 1.6940 manata endirib.

 

Digər bankların da məzənnələri aşağı salacağı gözlənilir.

 

Xəbər verdiyimiz kimi, 18 iyul 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7017 səviyyəsində formalaşmışdır.

18.07.2017 10:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ