Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gəncədə yerləşən kinoteatr ən yüksək qiymətə özəlləşdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncədə yerləşən kinoteatr ən yüksək qiymətə özəlləşdirildi

Əmlak Məsələli üzrə Dövlət Komitəsi komitə tərəfindən növbəti  hərrac iyulun 18-də keçirilib.

 

Reklam_3_11

Komitənin yaydığı məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 7 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

 

Özəlləşdirmə və hərraclarla bağlı aparılan geniş təbliğat işləri prosesə olan marağı daha da artırıb. Əhali arasında aparılan maarifləndirmə işləri artıq öz nəticəsini verməkdədir. Belə ki, budəfəki hərrac da rəqabətli şəkildə keçib. Hərrac zamanı Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə sahib olmaq üçün bir neçə şəxs arasında rəqabət yaranıb. İnvestorlar üçün yaradılan rahat, şəffaf şərait rəqabəti daha da artırır.

 

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən “Smena” kinoteatrı olub. Həmin əmlakın torpaq sahəsi 604 kvadratmetr, ümumi faydalı sahəsi isə 519 kvadratmetr təşkil edir.

 

Qeyd edək ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncə və Ağdaşda yerləşir.

 

Bakı üzrə hərracda özəlləşdirilmiş 7 istifadəsiz qeyri-yaşayış sahəsinin 2-si Yasamalda, 2-si Xətaidə digərləri isə müvafiq olaraq Nizami, Suraxanı və Nəsimi rayonlarında yerləşir. Özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsinin biri də Gəncə şəhərindədir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 137 kvadratmetrdir. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 17 kvadratmetrdən 71 kvadratmetr arasında dəyişib.

 

Hərracda özəlləşdirilən nəqliyyat vasitəsinə isə müvafiq olaraq ən son 5200 və 3500 manat təklif edilib.

18.07.2017 11:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ