Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yeni brend - “Ada çörək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni brend - “Ada çörək”

Dövlət Proqramına uyğun olaraq və sakinlərin tələbatı nəzərə alınaraq Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı” fəaliyyətə başlayıb.

 

Pirallahı Rayon İcra Hakimiyyətindən "Marja"ya bildirilib ki, ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur müasir alman texnologiyaları əsasında hazırlanmış "Özköseoğlu" və “Altuntop” şirkətlərinin ən son texnologiyaları əsasında qurulub və gündəlik istehsal gücü 10 tondur.

 

Məhsulun hazırlanması prosesi tam avtomatlaşdırılıb və istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Burada 5 çeşiddə çörək və12 növdə şirniyyat məmulatları hazırlanır, gələcəkdə də tələbata uyğun çeşidlərin artırılması planlaşdırılır.

 

Çörək məhsulları qablaşdırılaraq “Ada çörək ” brendi altında satışa çıxarılır. Bundan başqa, 35 min əhalini çörəklə təmin etmək gücünə malik kombinatda 50 rayon sakini daimi işlə təmin olunub.

 

Qeyd olunub ki, istehsal olunan çörək çeşidlərinin pərakəndə satış qiyməti kənardan gətirilən çörək məmulatlarından 5-10 qəpik aşağı qiymətə satılır ki, bu da rayon sakinləri tərəfindən məmnunluq hissi ilə qarşılanır.

18.07.2017 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ