Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ərəblər Bakıda da şöbəsi olan şirkətdən pay aldılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəblər Bakıda da şöbəsi olan şirkətdən pay aldılar

Bakıda da şöbəsi fəaliyyət göstərən Türkiyənin "Simit Sarayı" şirkətinin  10%-i Səudiyyə Ərəbistanının "Fawaz Alhokair" qrupuna satılıb. "Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, satınalma ilə bağlı müqavilə imzalanıb.
 

"Fawaz Alhokair" Qrupunun sədr müavini Abdul Majeed Alhokair-ın "Simit Sarayı"nın  idarə heyətinin üzvü təyin olunacaqdır.
 

Reklam_3_11

Səudiyyə Ərəbistanının ən böyük pərakəndə satış şirkətlərindən biri olan "Fawaz Alhokair", 2014-cü ildə "Simit Sarayı" ilə master imtiyaz sazişi imzaladıqdan sonra Orta Şərq və Şimali Afrika bölgəsində təxminən 50  "Simit Sarayı" mağazası açmışdı.


 
DAHA 250 FİLİAL AÇACAQ

 

"Fawaz Alhokair" Qrupu gələcək 4 ildə 250-dən çox mağaza açaraq bütövlükdə 300-dən çox "Simit Sarayı" mağazası açmağı planlaşdırır. Qrup, Zara, Banana Republic, Gap, Nine West and Topshop kimi markaların da master imtiyaz haqlarına sahibdir.


 
Bundan öncə xəbər verdiyimiz kimi, "Simit Sarayı" şirkəti, rəqibi  "Komşufırın"ı satın almaq üçün danışıqlar aparır. 

 

"Simit Sarayı"  son dövrlər sürətli böyüyür.  Şirkətin 250-si Türkiyədə olmaqla cəmi 400 şöbəsi var. 2016-da 100 milyon dollar ixracat həyata keçirən şirkətin 2017 hədəfi isə 200 milyon dollardır.


 
"Simit Sarayı"nda sadəcə simit deyil, ağlınıza gələ biləcək bir çox ləzzət var: Dadlı simitlər, sendviçlər, simit-burgerlər, izqara köftə, simit pizzalar, səhər yeməkləri, kiçik-kiçik paketlənmiş dadlar, əvəzolunmaz dondurmalar, Çıtır hotdoq, pendirli şüyüdlü poğaça, şirniyyatlar, tortlar.  

18.07.2017 14:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ