Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün Beynəlxalq Bankın planı ilə bağlı son qərarın veriləcəyi gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Beynəlxalq Bankın planı ilə bağlı son qərarın veriləcəyi gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün  Azərbaycan Beynəlxalq Bankının Kreditorlarının Yığıncağı keçiriləcəkdir.

 

"Marja" xəbər verir ki, Yığıncaqda xarici öhdəliklərin könüllü restrukturizasiyası planı səsverməyə qoyulacaq.

 

“Səsvermənin nəticələri iyulun 18-də nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq”,- Beynəlxalq Bank bir müddət əvvəl yayadığı press-relizində bildirmişdi.

 

Azərbaycan Beynəlxalq Bankının (ABB) təklif etdiyi 3,3 mlrd. ABŞ dolları həcmində xarici borclarının restrukturizasiyası planı əksər kreditorlar tərəfindən dəstəklənib.

 

İyulun 13-də "Bloomberg" agentliyi yazmışdı ki, borcun 87%-nə sahib olan kreditorlar restrukturizasiya planının "lehinə" səs veriblər. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, planın təsdiq olunması üçün kreditorların 2/3 hissəsinin müsbət qərarı kifayət edir.

 

Xatırladaq ki, Beynəlxalq Bank xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığını  və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi ni bildirmişdi.


 
Könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər:


 
- Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son 3 ildə başlayacaq. Bu, əvvəl son 2 il olaraq müəyyənləşdirilmişdi.


 
- Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.


 
- “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.


 
- Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:


 
- Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.


 
- Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.


 
- 1 sentyabr 2017-ci il tarixinədək sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, 1 sentyabr 2017-ci il tarixinə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək və iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.

18.07.2017 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ