Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

IBM Xəzər hövzəsi ölkələrində fəaliyyətini genişləndirmək niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
IBM Xəzər hövzəsi ölkələrində fəaliyyətini genişləndirmək niyyətindədir

Bu fikir SOCAR-ın prezidenti Rövnəq Abdullayevin IBM şirkətinin nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

 

Reklam_3_11

SOCAR-dan  bildiriblər ki, Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən irimiqyaslı enerji layihələrində innovativ texnologiyalara üstünlük verildiyini, neft-qaz əməliyyatlarında ən son texniki nailiyyətlərin tətbiq olunduğunu qeyd edib və bir neçə ay əvvəl SOCAR və IBM arasında bu istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlığın qurulduğunu bildirib.

 

IBM şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Antonio Muttoni qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı fenomenal yüksəliş dövrünü yaşayır. SOCAR - IBM əməkdaşlığı Azərbaycanda yüksək texnologiyaların daha sürətlə inkişafına xidmət edəcəkdir. SOCAR və IBM arasında Strateji Əməkdaşlıq Memorandumunun imzalanmasından ötən 3 ay ərzində görülən işlərin müzakirə olunduğu görüşdə qeyd edilib ki, Memorandum IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiya, neft hasilatında süni intellekt əsasında Watson əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili sahələrində elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutur.

 

SOCAR ilə əməkdaşlığı yüksək qiymətləndirən IBM şirkətinin vitse-prezidenti və Avropa üzrə kimya və neft sənayesi üzrə rəhbəri Rac Raiçura görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, əməkdaşlığın yol xəritəsinə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, IBM SOCAR-ın və özünün neft-qaz sahəsindəki zəngin təcrübələrinə əsaslanaraq Xəzər hövzəsi ölkələrində fəaliyyətini genişləndirmək niyyətindədir.

 

SOCAR-ın neft-qaz kəşfiyyatı və hasilatı sahəsində malik olduğu məlumatlar Watson və Big Data təhlillərində istifadə olunaraq, dünya neft sənayesi üçün yeni imkanlar açacaqdır. İstedadlı gənclərə IBM-in bütün müasir alət və metodlarından istifadə imkanı verməklə onların səriştə və istehsalat bacarıqlarını təkmilləşdirmək, biznes və proses xidmətlərinin robotlaşdırılması üzrə dünya praktikası ilə yaxından tanış olmaq, təcrübə mübadilələri və beynəlxalq səviyyəli karyera perspektivlərindən yararlanması üçün əlverişli şərait yaratmaq nəzərdə tutulur. SOCAR-IBM əməkdaşlığının region ölkələrindəki sürətlə inkişaf edən bazarlarda genişlənmək imkanı yaradacağı vurğulanıb. Bu tərəfdaşlığın həmçinin dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcəyinə əminlik ifadə olunub.

18.07.2017 17:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ