Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəz standartlara tam cavab verir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəz standartlara tam cavab verir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycandan başqa ölkələrə göndərilən meyvə-tərəvəzlərin keyfiyyətləri standartlara tam cavab verir.

 

Bunu  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

 

C.Quliyev qeyd edib ki, ixrac edilən bütün məhsullar seçildikdən sonra başqa ölkələrə göndərilir:

 

"Biz çalışırıq ki, məhsullarımızda problemlər olmasın. Azərbaycanda məhdud dairədə yayılmış bir necə karantin növü var. Amma o növlər elə Rusiya, Türkiyə və İranda da var, çünki biz vahid coğrafiyada yaşayırıq. Bütün bunlara baxmayaraq, biz həmin karantin növlərinin aşkarlanmamasına çalışırıq".

 

Bu yaxınlarda həm Rusiyadan, həm də Qazaxıstandan kartof məhsullarının eyni karantin növünün aşkarlanması səbəbindən geri qaytarılmasına münasibət bildirən C.Quliyev deyib ki, həm Rusiya, həm də Qazaxıstan tərəfindən bu ölkələrə Azərbaycandan göndərilən kartofda karantin tətbiq edilən zərərli orqanizm – "Qızılı kartof nematodu"nun (Globodera rostochiensis Behrens) aşkar edilməsinin açıqlanması ölkəmizdə artıq həmin zərərli orqanizmin olması demək deyil.

 

C.Quliyev qeyd edib ki, geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək yoxlanılıb:

 

"Daha da əmin olmaq üçün kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən də nümunələr götürülüb. Amma torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməyib. Sonuncu dəfə geri qaytarılan kartoflara görə Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib".

 

C.Quliyev deyib ki, bu gün Azərbaycanda istixanalarda kifayət qədər məhsul istehsal olunur:

 

"İstixanalarda məhsullar müasir texnologiyalarla becərildiyindən keyfiyyətli olur. Bütün proseslər avtomatlaşdırılıb. Ona görə də istixana məhsullarının keyfiyyət göstəriciləri həmişə qaydasında olub. Bu yaxınlarda Rusiyanın müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycanda olublar və məhsulların istehsalı, yoxlanılması şəraitindən tam razı qalıblar".

18.07.2017 21:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ