Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR və "Bulgartransgaz" anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və "Bulgartransgaz" anlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bolqarıstanın paytaxtı Sofiyada SOCAR və "Bulgartransgaz" şirkətləri arasında Anlaşma memorandumu imzalanıb.

 

Reklam_3_11

İmzalanan sənədin əsas məqsədi Bolqarıstana və bu dövlət üzərindən digər Cənub-Şərqi Avropa ölkələrinə əlavə qaz tədarükü yolları üçün imkanların araşdırılmasıdır.


İmzalanma mərasimində Bolqarıstanın energetika naziri Temenujka Petkova, Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova və SOCAR-ın "SOCAR Balkan" törəmə şirkətinin icraçı direktoru Murad Heydərov iştirak ediblər.


"Hazırkı Bolqarıstan hökuməti üçün energetika sektorunda əsas prioritet enerji təhlükəsizliyinin təmin edilməsi, həmçinin təbii qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsidir”, - deyə nazir T.Petkova vurğulayıb bə bildirib ki, ölkəsi bunun həyata keçirilməsində Azərbaycanla əməkdaşlığa güvənir.


Xanım nazir onu da əlavə edib ki, hazırda Bolqarıstanda qaz infrastrukturu yüksək səviyyədə inkişaf edir və bu potensial Azərbaycanın mavi yanacağının üçüncü ölkəyə çıxışını təmin edə bilər.


"SOCAR Balkan"nın icraçı direktoru Murad Heydərov isə iki ölkə arasında energetika sahəsindəki strateji xarakter alan əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, rəsmi Sofiya "Cənub Qaz Dəhlizi"ndə əsas iştirakçılardan biridir:


"Bolqarıstan "Şahdəniz" və digər yataqlardan Avropaya alternativ qaz tədarükünün həyata keçirilməsində Azərbaycanın etibarlı tərəfdaşıdır”. 

 

© Report

19.07.2017 07:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ