Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda yeni MİNİ modeli təqdim edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yeni MİNİ modeli təqdim edildi

18 iyul tarixində İmprotex Motors" şirkəti MINI COUNTRYMAN modelini təqdim edib.

 

“İmprotex Motors" şirkətinin baş direktorunun birinci müavini Bayram Yaqubov bildirib ki, ikinci nəsl MINI Countryman modelini təqdim edərək əfsanəvi britaniya markası yığcam avtomobil sinfində fəal irəliləyişini davam edir. Yeni MINI Countryman – 57 illik MINI marka tarixinin ən böyük və ən universal modelidir. Tamamilə yeni avtomobilin daha da artmiş tutum imkanı, idman hasiyyəti və premium səviyyəyə məxsus xarici görünüşü ilə həyacanlandırır.

 

MINI COUNTRYMAN, TwinPower Turbo texnologiyalı 130 - 132 at gücünə malik benzin və dizel mühərriklər təklif olunur.

 

Yeni MINI Countryman avtomobili sələfinə nisbətən təxminən 2 sm daha uzun və 3 sm daha enlidir. Avtomobilin çarx bazası 7,5 sm böyümüşdür. Avtomobildə beş tam ölçülü oturacaq yeri mövcuddur. Oturacaqların yüksəlmiş mövqesi optimal görünmə dərəcəsini və sükan arxasında misilsiz hissiyəti təmin edir. Dal oturacaqları uzunlamasına 13 sm-dək tənzinləmək mümkündür. Dal oturacağın söykənəcəyi isə hissə-hissə 40:20:40 nisbində quraşdırıla bilər. Bundan başqa dal oturacaqları daha da rahat etmək və yük yerinin tutumunu əlavə artırmaq məqsədi ilə söykənəcəyin əyilmə küncünü də tənzimləmək olar. Yük yerinin həcmi 450 litrdir, ehtiyac yarandıqda isə onu 1390 litrədək artırmaq mümkündür. Əvvəlki modellə müqayisə etdikdə yük yerinin marsimal həcmi 220 litr böyümüşdür. 

 

Azərbaycanda ilk rəsmi avtomobil idxalçılardan biri - "İmprotex Motors" şirkəti 1998-ci ildə  yaradılmışdır və onun əsas fəaliyyəti premium sinfli avtomoboillərlə bağlıdır. 2015-ci ildən etibarən "İmprotex Motors" şirkəti hal-hazırda BMW AG-nin tərkib hissəsi olan Britaniyanın dünya şöhrətli MINI brendinin Azərbaycandakı rəsmi və eksklyuziv idxalçısıdır.

 

19.07.2017 09:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ