Azərbaycanda ən çox ticarətçilər iflas olur
2017-ci ilin yanvar-iyun ayları ərzində 367 müəssisə və təşkilat ləğv edilib.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 22,1 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 18,3 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrinin, 11,4 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 7,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,5 faizi “Tikinti”, 5,2 faizi “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, qalanları isə digər bölmələrin payına düşür.
2017-ci il yanvar-iyun ayları ərzində müəssisə və təşkilatların sayı 5 faiz və ya 5618 artaraq, 2017-ci il iyulun 1-i vəziyyətinə 112598 olmuşdur.
Artım iqtisadiyyatın “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Peşə, elmi və texniki fəaliyyət”, “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət”, “İnformasiya və rabitə” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələrində nəzərəçarpacaq dərəcədə olmuşdur.
Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 31,4 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 30,2 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,9 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 6,6 faizi “Tikinti”, 5,7 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 4,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
Yeni yaradılmış və ləğv edilmiş müəssisələrin sayının mülkiyyət növlərinə görə strukturu
Mülkiyyət növləri | 01.07.2017-ci il vəziyyətinə müəssisə və təşkilatların sayı | 2017-ci ilin yanvar-iyun ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların sayı | 2017-ci ilin yanvar-iyun ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların sayı | ||||
cəmi | %-lə | cəmi | %-lə | ||||
CƏMİ | 112598 | 5618 | 5,0 | 367 | 0,3 | ||
o cümlədən: | |||||||
Dövlət mülkiyyətli müəssisələr | 10521 | 74 | 0,7 | 156 | 1,5 | ||
Bələdiyyə mülkiyyətli müəssisələr∗ | 1701 | 0 | 0,0 | 0 | 0,0 | ||
Xüsusi mülkiyyətli müəssisələr | 100376 | 5544 | 5,5 | 211 | 0,2 | ||
o cümlədən: xarici müəssisələr (100% xarici investisiyalı) | 6598 | 334 | 5,1 | 26 | 0,4 | ||
birgə müəssisələr | 2064 | 71 | 3,4 | 3 | 0,1 | ||
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl