Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Belarus Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belarus Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Belarus Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 13%-dən 12%-ə qədər azaldıb. 


Bununla yanaşı, bankların likvidliyini təmin etmək məqsədi ilə aparılan ikitərəfli və daim açıq kreditlər üzrə faiz dərəcəsi 15%-dən 14%-ə endirilib.


Bankdan verilən məlumatda bildirilib ki, uçot dərəcəsinin azaldılmasına səbəb illik inflyasiyanın iyulun 1-nə 6,2% proqnozlaşdırılması göstərilib. Həmçinin qeyd olunub ki, uçot dərəcəsinin azaldıması pul təklifində yumşaq artım, tədiyyə balansının tarazlanması və valyuta bazarının dayanıqlılığı ilə dəstəklənib.


Qeyd edək ki, Belarus Milli Bankı bu il artıq 6-cı dəfədir uçot dərəcəsini azaldır. İlin əvvəlində uçot dərəcəsi 18%-ə bərabər olub.

 

© Report

19.07.2017 14:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ