Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Banklara kreditlərin verilməsi qaydalarında dəyişikliklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklara kreditlərin verilməsi qaydalarında dəyişikliklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, AMB artıq banklara məqsədli kreditlər verə bilməz. 


Bu barədə AMB-nin İdarə Heyətinin qərarında bildirilir.

Reklam_3_11


Bu qərar “Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi haqqında Prezidentin sərəncamının icrası məqsədilə ilə həyata keçirilib.


Qeyd edək ki, Milli Məclis bu il aprelin 25-də “Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiq edib. Dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib.

 

Dəyişiklikdən əvvəl qanunun 49.1.1 maddəsində deyilirdi ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. 49.1.2 maddədə isə qeyd olunurdu ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.

 

© Report

19.07.2017 15:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ