Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kreditlərin 84%-ni 18 layihəyə ayırmış fond

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreditlərin 84%-ni 18 layihəyə ayırmış fond

Sahibkarlığa Kömək Milli Fonduna kənd təsərrüfatına kömək milli fondu da demək olar.

 

“Marja” xəbər verir ki, 2017-ci ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu 690 layihənin maliyyələşdirilməsinə 63 milyon 258 min manat güzəştli kredit ayırıb. Maliyyələşdirilmiş layihələrin 664-ü və ya 96,2%-i kənd təsərrüfatı məhsullarının istehsalı üzrə olmuşdur. Bu layihələrə 37 milyon 915 min manat ayrılmışdır ki, bu da cəmi kreditlərin 60%-dir.

 

Müxtəlif sənaye məhsullarının istehsalı və emalı üzrə 21 layihənin maliyyələşdirilməsinə 21 milyon 736 min manat ayrılıb (kreditlərin 34,4%-i).

 

Kənd təsərüfatı məhsullarının emalı üzrə 2, turizmin inkişafı üzrə 2, xidmət sahələrinin inkişafı üzrə isə  1 layihə maliyyələşdirilib. Bu üç istiqmət üzrə cəmi 3 milyon manat küzəştli kredit verilib.

 

İRİ KREDİTLƏR İŞ YERİ YARATMASI BAXIMINDAN SƏMƏRƏSİZDİR

 

Fondun 6 milyon 933 milyon manatlıq kiçik həcmli kreditlərinin 1037 iş yeri yaradacğı gözlənilərkən, 52 milyon 905 min manatlıq böyük həcmli kreditlərin 1027 iş yeri yaradacağı gözlənilir.Yəni cəmi kreditlərin 11%-i, 84%-indən daha çox iş yeri yaradacaqdır.

 

Kiçik həcmli kreditlər 659 layihəyə, böyük həcmli kreditlər isə 18 layihəyə ayırılıb.

 

13 layihə üzrə 3 milyon 420 min manatlıq orta həcmli kredit verilib.

20.07.2017 05:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ