Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İraqlı nazirin açıqlaması neftin qalxamsını dayandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İraqlı nazirin açıqlaması neftin qalxamsını dayandırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən neft qiymətləri, ABŞ-da xam neft və benzin ehtiyatlarının azaldığı barədə məlumatların açıqlanmasından sonra qalxıb.


 
Neft qiymətləri əvvəlki iki seansda 2.4 faiz yüksəldikdən sonra bu gün çox dəyişmədi. 

 

"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 4.73 milyon barrel azalıb. Benzin ehtiyatları 4.45 milyon barel ilə Mart ayından bu yana ən kəskin azalmanı həyata keçirib.

 

Digər tərəfdən İraqın neft naziri Jabbar Al-Luaibi, ölkəsinin bu ilin sonuna qədər neft hasilatını gündə 5 milyon barrelə çıxarmağı planlaşdırdığını qeyd edib.
 


Artan qlobal hasilatın Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmasının təsirini silməsilə, neft qiymətləri Mayın sonundan bu yana 50 dollardan aşağıdır. OPEC ölkələri və üzv olmayan istehsalçılar, razılaşmaya əməletməni müzakirə etmək üçün bu ay Sankt- Peterburqda toplaşacaqdır.


 

"OPEK və tərəfdaşlarının nazirlər səviyyəsində keçirəcəyi toplantıda veriləcək qərar ya neft qiymətlərini 50 dolların üzərinə çıxaracaq, ya da indiki səviyyələrdə qalmasına səbəb olacaq",- analitklər bildirirlər.


 
Bakı vaxtı ilə 07:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 1 sent düşərək 47.11 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 3 sent düşərək bareli 49.67 dollara enib. 

20.07.2017 06:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ