Rusiyadan “VTB Bank (Azərbaycan)" açıqlaması
"VTB Bank (Azerbaijan)”ın səhm paketinin konsolidasiyası xarici şəbəkənin idarə edilməsi sisteminin optimallaşdırılması çərçivəsində nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilir”
Bu barədə Rusiyanın “VTB Group” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
"Bank VTB (Azerbaijan)" ASC-nin Bakıdakı baş ofisindən də bildirilib ki, Azərbaycandakı bankın səhmlərinin konsolidasiyası idarəetmənin gücləndirilməsi məqsədi ilə həyata keçirilir: "Bu addım xarici şəbəkənin idarə edilməsi sisteminin optimallaşdırılması çərçivəsində icra olunur".
Xəbər verdiyimiz kimi, Rusiyanın "VTB Group"u Azərbaycanda törəmə bankda “AtaHolding”dən payına alacaq, bu da "VTB Bank (Azerbaijan)"ın səhmlərini 100% konsolidasiya etməyə imkan verəcək.
Bununla bağlı "VTB 24"ün Müşahidə Şurası qərar qəbul edib. “VTB 24” SC "VTB Bank (Azerbaijan)”ın səhm kapitalının 49%-ni təşkil edən, hər birinin nominal dəyəri 0,2 manat olmaqla 124 496 737 səhmi bir səhm üçün 0,252184550427213 dollar ödəməklə alacaq. Müqavilənin məbləği 31,4 mln. dollar təşkil edəcək.
Qeyd edək ki, bundan öncə “AtaHolding” “AtaBank” ASC-ni “Synergy Group”a satmışdı. "VTB Bank (Azerbaijan)"dakı payını satdıqdan sonra “AtaHolding” bank sektorundan çıxacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
2 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
3 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
3 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 3 saat əvvəl