Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Günəşli”də neft hasilatını ən azı 7% artıracaq layihə hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günəşli”də neft hasilatını ən azı 7% artıracaq layihə hazırlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın “McKinsey&Company” şirkəti 2018-ci ildə “Günəşli” yatağında hasilatın ən az 7% artırılmasına dair təkliflər hazırlayacaq. "Marja" xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında deyilir.

 

“SOCAR-ın Baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapıb. İclasda qeyd edilib ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcək”, - deyə məlumatda bildirilir.

 

Bundan əlavə, görüşdə “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilib.

 

“McKinsey&Company” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınıb, 2018-ci il üçün yataqda hasilatın ən az 7% artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılıb.*

20.07.2017 06:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ