Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Yapı Kredi Bank Azərbaycan" 2017-ni xalis mənfəətlə yarıladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yapı Kredi Bank Azərbaycan" 2017-ni xalis mənfəətlə yarıladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü "Yapı Kredi Bank Azərbaycan" 2017-ci ilin ikincü rübünün nəticələrini açıqlayıb.


Bankın internet səhifəsində dərc edilən məlumatlara baxdıqda maliyyə vəziyətinin qənaətbəxş olduğunu görmək mümkündür. Belə ki, bank 2017-ci ilin ikinci rübünü 3,2 mln. manat xalis mənfəətlə başa vurub.

 

Maliyyə nəticələrini şərh edən bankın İdarə Heyətinin sədri Cenk Yüksel bildirib:

 

"Avropada və Türkiyədə olan bankçılıq təcrübəmizi Azərbaycanda da tətbiq edirik. Hər iqtisadi şəraitə uyğunlaşa bilən idarəetmə modelimiz bankımızın daha dayanılqı olmasını təmin edir. "Yapı Kredi Bank Azərbaycan" müştərilərimizin tələblərini tam şəkildə yerinə yetirmək iqtidarındadır".

 

Bankın xalis faiz gəlirinin də artım nümayiş etdirib. Belə ki, ötən ilin ilk yarısının sonu ilə müqayisədə cari ilin analoji dövründə bu göstərici 12%-dən çox artaraq 11,8 mln. manat təşkil edib. "Yapı Kredi Bank Azərbaycan"ın xalis əməliyyat mənfəəti isə ötən ilin ikinci rübü ilə müqayisədə 8,2% artaraq 8,4 mln. manata çatıb.
 

Azərbaycanda fəaliyyət göstərdiyi dövrdən dayanıqlı idarəetmə modeli üzərində fəaliyyətini davam edən bank müştərilərinin güvənini qazanmaqdadır. Ötən ilin eyni dövrü ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli 107% artıb və 379,3 mln. manat olub. Depozitlərin 34,6 mln. manatı fiziki şəxslərin tələbli depozitləri, 266,6 mln. manatı hüquqi şəxslərin tələbli depozitləri, 78 mln. manatı isə fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edir.

 

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" 2000-ci ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları İtalyanın öndə gedən bankçılıq qrupu "UniCredit SPA" və Türkiyənin ən böyük holdinqlərindən biri "Koç Qrup"dur. Bank Azərbaycanda filial şəbəkəsi və rəqəmsal bankçılıq kanalları ilə müştərilərinə xidmətlər təklif edir.

20.07.2017 09:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ