Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İndiyədək TANAP-a 8,5 milyard dollar yatırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İndiyədək TANAP-a 8,5 milyard dollar yatırılıb

 

"Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən onun komponentləri olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli layihələrdir".

 

Bunu "Anadolu" agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.


TANAP-ın tikintisinin sürətlə davam etdiyini bildirən SOCAR prezidenti bildirib ki, layihənin uğurunun təməlində Azərbaycanla Türkiyə arasında qurulan sağlam münasibətlər dayanır. "Hazırda TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb. Bildiyimiz kimi, ilkin mərhələdə bu kəmər vasitəsilə 2018-ci ilin ikinci yarısından etibarən Türkiyəyə 6 mlrd. kubmetr qaz nəql olunacaq. İkinci mərhələdə bu kəmər vasitəsilə Avropaya 10 mlrd. kubmetr qaz ixrac ediləcək. Biz ikinci mərhələyə 2019-cu ildən hazır olacağıq, lakin Avropanın hazır olması üçün 2020-ci ili gözləmək lazımdır. Sevindiricidir ki, Türkiyə hökuməti bu layihəyə böyük dəstək verir. Bunun hesabına biz layihəni reallaşdırılmasında qrafiki qabaqlayırıq", - deyə R. Abdullayev qeyd edib.

 

Dövlət şirkətinin rəhbəri deyib ki, indiyədək TANAP-a 8,5 mlrd. dollar məbləğində investisiya yatırılıb.

 

©APA

 

20.07.2017 11:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ