Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Əmək pensiyaçılarının sayı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək pensiyaçılarının sayı açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda  əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir.


Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.


"Onlardan 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə əmək pensiyası alır. Ölkəmizdə  əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikasının cari ildə də davam etməsinə imkan verib", - deyə o vurğulayıb.


Şöbə müdirinin sözlərinə görə, cari ilin əvvəlindən Azərbaycan prezidentinin sərəncamına əsasən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə (12,4%) uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunub: "Ümumilikdə, cari ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata çatıb. O cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği də 6,4% artaraq 224 manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan yaradıb".

 

©APA

20.07.2017 14:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ