AMB/Draghi: Hələ də monetar təşviqə ehtiyac var
Avropa Mərkəzi Bankının sədri Mario Draghi faiz qərarının ardından Frankfurtdakı mətbuat konfransında danışır.
"Marja" xəbər verir ki, Draghi "aktiv alışlarının ən azı Dekabr ayına qədər davam edəcəyini, alışların inflyasiyada davamlı toparlanma olana qədər davam edəcəyini" bildirib.
Son məlumatların iqtisadiyyatın gücləndiyinə işarə etdiyini, inflyasiya təzyiqlərinin isə durğun olduğunu deyən Sədr "Önəmli miqdarda genişlənməyə ehtiyac var" - deyib.
İqtisadi inkişafa qarşı risklərin böyük ölçüdə balanslaşdırıldığını qeyd edən Sədr qlobal inkişafın ticarəti və ixracı dəstəklədiyini bildirib.
Avropa Mərkəzi Bankı bu gün faizləri dəyişdirmədi, qiymətli kağılar alışı proqramının 2017-ci ilin Dekabr ayının sonuna qədər aylıq 60 milyard avro səviyyəsində davam edəcəyini, lazım olarsa proqramın daha da uzadıla biləcəyini açıqlayıb.
İNFLYASİYA
İnflyasiyadakı son azalmanın aşağı enerji qiymətlərinə bağlı olduğunu bildirən Draghi "İnflyasiya qarşıdakı aylarda dalğalı qalacaq. Baza inflyasiya inflyasiya orta müddətdə mərhələli olaraq yüksələcək" - deyə bildirib.
Maliyyələşdirmə şərtlərinin inflyasiyaya böyük ölçüdə yardım etdiyinə diqqət çəkən Draghi pul siyasətində dəyişikliklərə dair müzakirələrin payızda aparılacağını qeyd edib.
Draghi bu gün iclasda aktiv alışlarının azaldılması (tapering) ssenarilərinin müzakirə edilmədiyini deyib.
Mario Draghinin "göyərçin" şərhlərinə baxmayaraq, müsbət tonda və əmin danışması Avronun yenidən bahalaşmasına səbəb olub (Dollar ucuzlaşıb). Faiz qərarı zamanı 1.1479 səviyyəsinədək düşən Avro/dollar məzənnəsi yenidən 1.15 dolları keçərək 1.1565 dolları görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 52 d. əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 5 saat əvvəl