Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyədə güclü zəlzələ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə güclü zəlzələ

Xəbər verdiyimiz kimi,  İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ qeydə alınıb.


Zəlzə Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında daha çox hiss olunub.

 

Yunanıstanda binanın dağılması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.

 

Habertürk TV-nin xəbərinə görə, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi zəlzələnin 6.7  bal gücündə olduğunu açıqlayıb.

 

Zəlzələ Bodrum və Datçada çox güclü hiss edilib. Meydana gələn şiddətli zəlzələ İzmirdə də hiss edilib.

 

BODRUMDA İLK ŞİDDƏTLİ ZƏLZƏLƏDİR

 

Zirzəmi Bələdiyyə sədri Mehmet Kocadon Habertürk TV-yə verdiyi açıqlamada, "Bodrum ilk dəfə belə şiddətli zəlzələyə məruz qaldı. Allaha çox şükür bu dəqiqəyə qədər hər hansı bir pis xəbər yoxdur, inşallah da olmaz. Elektrik dirəyinin aşmasına görə işıqlar sönüb. Bir də yollarda çökmə və torpaq sürüşmələri var. Bunun xaricində hər hansı bir ev dağılması, hər hansı bir can itkisi ilə bağlı bir məlumat bizə daxil olmayıb. Bu əlbəttə bizi bir az sevindirir, amma çox qorxduq" deyib.

 

XXX

 

Egey dənizinin Muğla rayonu ilə sərhəd olan ərazisində 6,3 bal gücündə zəlzələ baş verib.

 

"Marja" xəbər verir ki, Türkiyənin Fəlakətlərin və Təcili Vəziyyətlərin İdarə Edilməsi Mərkəzinin (AFAD) internet saytında yer alan məlumata görə, Gökova Körfəzində saat 01.31-də 6,3 bal gücündə zəlzələ qeydə alınıb.


 
Zəlzələ, yerin təxminən 8,6 kilometr dərinliyində meydana gəlib.


 
Sarsıntılar davam edir.
 

 İlk məlumatlara görə, can və mal itkisi yoxdur.

21.07.2017 05:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ