Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakcell şirkətinin sponsorluğu ilə maarifləndirici tədbir keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakcell şirkətinin sponsorluğu ilə maarifləndirici tədbir keçirilib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin sponsorluğu, “Uğur Akademiyası” və “UAFA”-nın təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirici seminar keçirilib.

 

Reklam_3_11

Seminarın keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq idi.

 

Spikerlər bu sahə üzrə geniş təcrübəyə malik mütəxəssislər- Ülviyyə Mirzəyeva və Zəhra Xələfli  əlilliyi olan uşaqlar və valideyn münasibətləri,  onlara qarşı cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, həmçinin bu problemlərin aradan qaldırılmasının həlli yolları haqqında  müzakirə olunub. 

Tədbirə  həmçinin  paralimpiya çempionu İlham Zəkiyev və dünya çempionu Aynur Məmmədova da qatılıblar. Onların çox maraqlı həyat hekayələri nəinki tədbirdə iştirak edən  əlilliyi olan uşaqlar və onların  valideynləri üçün eyni zamanda əlilliyi olmayan insanlar da  böyük   motivasiya oldu. Çempionlar seminar iştirakçılarına əlilliyin baryer olmadığını və insanın öz əzmi sayəsində, əlilliyinin olub-olmamasından asılı olmayaraq  həyatda istədiyi mövqeyə sahib olmasının mümkün olduğu barədə danışıblar.



Tədbirin sonunda spikerlər onlara ünvanlandırılmış sualları cavablandıraraq, ehtiyacı olan valideynlərə müvafiq  məsləhətlər veriblər.

29.12.2016 12:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ