Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Auditorlar Palatası “KPMG”ni yoxlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Auditorlar Palatası “KPMG”ni yoxlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Auditorlar Palatası ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin müraciəti əsasında “KPMG” audit şirkətində keyfiyyətə nəzarət yoxlamasının keçirilməsi haqqında qərar qəbul edib.

 


Bu barədə Komitənin sədri Əkrəm Həsənov məlumat verib.

 


“Kreditorlar Komitəsinin yekdil qərarı ilə “KPMG” audit şirkəti ilə bağlı Auditorlar Palatasına, habelə İsveçrə (şirkətin qeydiyyat ölkəsi) və Niderland (şirkətin baş ofisin yerləşdiyi ölkə) səfirliklərinə məktub göndərmişdim. Ölkə tarixində müflis olmuş 2 ən iri bankın ("Bank Standard" və "Texnikbank" ASC-lər) kənar auditoru məhz “KPMG” olub. Nəticədə həmin banklara pulunu etibar etmiş şəxslər 1 mlrd. manatdan çox vəsaitini itirmək təhlükəsi ilə üzləşib. Buna görə də “KPMG”nin bu bankların müflisləşməsində təqsirinin olub-olmaması araşdırılmalıdır. Üstəlik “KPMG” maraqlar münaqişəsinə baxmayaraq, "Bank Standard"ın qalıq əmlakını da qiymətləndirib və buna görə əlavə haqq da alıb.


Müraciətlərimə cavab almışam. Niderland səfiri cavab məktubunda bildirib ki, müraciətimi “KPMG”nin Niderlanddakı baş ofisinə göndərib. Auditorlar Palatası isə öz cavabında bildirir ki, müraciətimiz əsasında KPMG-də plandankənar keyfiyyətə nəzarət yoxlamasının keçirilməsi haqda qərar qəbul edib və yoxlamanın nəticələri barədə bizə əlavə məlumat verəcək” – deyə o, qeyd edib.

 

© Report

21.07.2017 07:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ