Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AER: "Bizim müasir aparatlar bakteriya aşkarlamayıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
AER: "Bizim müasir aparatlar bakteriya aşkarlamayıb”

Bir neçə gündür ki, Azərbaycanda istehsal olunan bəzi dondurmaların tərkibində bakteriya aşkarlanması problemi ciddi narahatlığa səbəb olub.

 

Reklam_3_11

Mövsumun bu  fəslində insanlar daha çox sərinləmək üçün dondurma yeyir. Xüsusilə də uşaqların dondurmanı xoşlaması və onu tez-tez alması hamıya bəllidir. Belə olan halda yeyilən dondurmanın tərkibində bakteriyalar aşkarlanırsa, bu təbii ki, həm valideynlər, həm də ictimaiyyət arasında müzakirələrə səbəb olur. Nəzərə alsaq ki, bu il  keçən ilə  nisbətən dondurmaların qiymətində də ciddi artım müşahidə olunur. 

 

Ümumiyyətlə isə, ictimaiyyət üçün dondurmanın istehsal prosesi həmişə maraqlı olub. Çünki zaman-zaman Azərbaycanda mövsüm başlayanda dondurmaların keyfiyyətsizliyindən, onun tərkibinə marqarin vurulduğundan hamı şikayətlənir. 

 

Bu arada qeyd edək ki, bir neçə gün əvvəl İqtisadiyyat və Səhiyyə Nazirliklərinin birgə yaydığı açıqlamada “AER Company Qrup”a məxsus olan üç adda dondurmanın tərkibində bakteriya olduğu aşkarlanması barədə məlumat yayılıb. 

 

Buna görə də hazırda sexdə əsas aparatda istehsal prosesi dayandırılıb. Ancaq nümunə üçün  dondurmalar istehsal olunur. 

 

Kompaniya rəhbəri Adil Şərifov da  yayılan informasiya ilə bağlı da bizə geniş məlumat verib. O qeyd edib ki, üç adda dondurma satış şəbəkələrindən geri çağırılıb: “Ancaq bizim özümüzün müstəqil mikrobiologiya laboratoriyamız var. Hər istehsal prosesinin sonunda  dondurmaları yoxlayıb sonra satışa buraxırıq. Bizim müasir aparatlar vasitəsilə yoxlamamız zamanı belə bir bakteriya aşkarlanmayıb”. 

 

© Qafqazinfo

21.07.2017 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ