Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İri dövlət şirkətlərinə əlavə vaxt verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri dövlət şirkətlərinə əlavə vaxt verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 deklabr 2016-cı il tarixli qərarında dəyişikliklər edib.


Dəyişikliyə əsasən bundan sonra iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-nə qədər deyil, avqustun 1-nə qədər müvafiq Komissiyaya təqdim edə biləcəklər. Komissiyanın həmin layihələri təsdiqləmək üçün son tarix isə noyabrın 1-dən dekabrın 20-nə dəyişdirilib.

Reklam_3_11


Bundan başqa, iri dövlət şirkətlərinin təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı indiki kimi hər rübdən sonra 30 gün ərzində deyil, artan yekunla hər rübdən sonrakı ayın 15-nə qədər Komissiyanın üzvlərinə və Katibliyinə, kağız və elektron daşıyıcılarda təqdim etməsi qərarlaşdırılıb.


Bundan başqa, qərara alınıb ki, iri dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri proqnoz göstəricilərindən 10%-ə qədər az və yaxud çox olduqda, Komissiyanın Katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim etsinlər. Katiblik hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim etsin və hər rübdən sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil etsin. 

 

© Report

21.07.2017 09:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ