Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.

 

Reklam_3_11

Dövlətimizin başçısına müəssisə barədə məlumat verilib. Bildirilib ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən nəql olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar istifadə ediləcək. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə cinsi yetkinliyə çatmış dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması nəzərdə tutulub. Qapalı sistemdə yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən iki il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılacaq. Çökə balığından kürünün çıxarılması müddəti isə təxminən üç il təşkil edəcək. Qapalı tipli ferma Avropa ölkələrində istehsal edilən ən son texnologiyalarla təchiz olunacaq.

 

Açıq tipli fermada isə ildə 50 ton rus nərəsinin yetişdirilməsi nəzərdə tutulub. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır.

 

Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoyub.

21.07.2017 09:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ