“Novruz bayramına qədər Azərbaycandakı otellərin böyük əksəriyyəti tutulub”

“Turizm Şurasının yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək”. 

 

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının ilk iclasında deyib. 
 

Nazir bildirib ki, indiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün müxtəlif layihələr həyata keçirilib: “Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Amma təəssüflər olsun ki, bu proqramlar konkret sahələri əhatə etməyib. Bundan sonra qurumlar və digər yerli iş strukturları ölkə turizminin inkişaf etdirilməsi üçün marketinq və təbliğat işlərini bir yerdə həyata keçirməlidirlər. Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsir edəcək. Yeni yaradılan Turizm Təbliğat Bürosu bir neçə sahəni əhatə edəcək”. 


Nazirin sözlərinə görə, Novruz bayramına qədər Azərbaycandakı otellərin böyük əksəriyyəti tutulub: “Həmin otellərin müştəriləri arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Xarici ölkələrdən olan turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır. Onlar öz istirahətlərini məhz Azərbaycanda keçirmək istəyirlər”. 
 

Qeyd edək ki, Turizm Şurasının  əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. 

 

APA

29 Dekabr 2017, 16:05   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2016 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]