Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kartof pula getmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kartof pula getmir

Kartof demək olar ki, Tovuz rayonunun bütün kəndlərində əkilir. Hazırda aran ərazilərdə kartofun yığımı aparılır. Dağ kəndlərində də bir qədər sonra yığıma başlanılacaq.

 

Texnika və əl əməyi ilə yığılan kartofun məhsuldarlığı da yaxşıdır. Bəzi fermerlər məhsulu saxlamağa üstünlük versə də, əksəriyyəti elə sahədə satışını həyata keçirir. Hazırkı qiymətlər də onları qane edir.

 

Fermer Fərhad Məmmədov deyib:

 

“Məhsuldarlıq yaxşıdır. Əkdiyimiz kartofun toxumu Rusiyadan gətirilib. Əvvəl məhsulu elə sahədəcə kiloqramını 40 qəpiyə satmışam. İndi isə 30 qəpikdir. Bu da məni qane edir. Çünki hektardan 35-40 ton məhsul yığılır.”

 

Tovuz rayonu daha çox kartofçuluq və üzümçülük üzrə ixtisaslaşıb. Ölkəmizin hər yerində olduğu kimi, rayonda da sahibkarlığa göstərilən qayğıdan bəhrələnən torpaq mülkiyyətçiləri əkin sahələrinin becərilməsinə və məhsul istehsalına diqqəti artırıblar. Bu il rayonda 8 min hektara yaxın sahədə yüksək keyfiyyətli kartof toxumu əkilib. Ziyanvericilərə və xəstəliklərə qarşı vaxtından mübarizə aparılıb, preparatlardan istifadə edilib. Növbəti ildə fermerlər əkin sahələrini bir qədər də genişləndirməyi planlaşdırırlar.

 

© Azərtac

21.07.2017 12:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ