Mobil manşet üstü reklam-3_21

Norm Sement jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Norm Sement jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin səyləri nəticəsində nəşrə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycan tarixində yeni bir səhifə yazıldı.

 

Azərbaycanın ilk mətbuat orqanı, Rusiya imperiyasında çıxan ilk türkdilli qəzet fanatizm, cəhalət və savadsızlıqla mübarizə aparırdı. 142 illik şərəfli yol keçən Azərbaycan mətbuatının hədəfləri dəyişsə də, o yenə də mübarizənin önündədir.

 

Ölkədə insan haqlarının qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin qurulması, demokratik institutların formalaşmasında KİV-in böyük rolu var. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan mətbuatı çox zəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrini, istək və arzularını daim öz səhifələrində əks etdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasına və inkişafına güclu təkan vermişdir”.

 

Norm Sement olaraq Milli Mətbuat Günü münasibətilə bütün jurnalist dostlarımıza bu şərəfli yolda uğurlar diləyirik!

22.07.2017 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ