Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Baytarlıqdan Ukraynadan ət məhsulları idxal edən şirkətlərə dəstək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baytarlıqdan Ukraynadan ət məhsulları idxal edən şirkətlərə dəstək

 

Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) guya Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətlərinin tərkibində normadan artıq zərərli baytarlıq preparatların aşkarlanması ilə bağlı əsasız məlumatlar yayılmışdır.

Reklam_3_11

 

Bununla əlaqədar olarq Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir  ki, respublikaya idxal olunan bütün heyvan, heyvan mənşəli, o cümlədən toyuq məhsullarının hamısı qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərin ekspertizası aparıldıqdan və məhsul idxal olunduqdan sonra laboratoriya müayinəsi aparılır. Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə əsasən heyvan mənşəli məhsulların laboratoriya müayinəsi həyata keçirilir.

 

“Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olaraq ölkəyə idxal edilən bütün heyvan mənşəli və quşçuluq məhsulları mikrobioloji, toksiki elementlər, antibiotiklər, pestisidlər, hormonal preparatların qalıq miqdarı və radionuklitlər görə yoxlanılır. Aparılan müayinələrin nəticəsinə əsasən həmin məhsullarda heç bir əlavə, normadan artıq baytarlıq preparatları, insan orqanizmi üçün zərərli qalıq maddələr aşkar edilməmiş və bütün göstəricilər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərinə uyğun olmuşdur.

 

Məhsullarda nəmliyin yoxlanılması isə Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərində nəzərdə tutulmamışdır.

 

DBNX bildirir ki, ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına, eləcə də quş ətlərinə nəzarət olunur, məhsullar idxal edildikdən və laboratoriya müayinəsi aparıldıqdan sonra istifadə olunur.

 


Mövzu ilə bağlı ötən günlərin xəbərləri

 

CINAYƏT İŞİ BAŞLAYIB

 

Ukraynadan Azərbaycana tərkibində normadan 6 dəfəyədək artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
 
Baş Prokurorluğun mətbuat xidmətindən Marja-ya bildirilib ki, araşdırma zamanı Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan bir neçə şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın ölçüsünə, çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlayıb.


 
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


 

GÖMRÜK KOMİTƏSİ SƏNƏDLƏRİN QAYDASINDA OLDUĞUNU BƏYAN ETMİŞDİ

 

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Ukraynadan idxal edilərək Azərbaycanın müxtəlif bazar və dükanlarında satılan "Qualiko" əmtəə nişanlı dondurulmuş toyuq məhsullarının insan orqanizmi üçün təhlükəli olduğuna dair məlumatlar yayılıb.


 
Yayılan informasiya ilə bağlı açıqlama verən Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir:

 

"Qualiko" əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarını idxal edən xarici iqtisadi fəaliyyət iştirakçıları da tələb olunan müvafiq sənədləri - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədini, Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatını, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatını, mənşə sertifikatını, bir sözlə qanunvericilikdə nəzərdə tutulan sənədləri müvafiq gömrük orqanına təqdim edib. Bundan sonra yükün qida təhlükəsizliyinin təyin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparılıb və məhsulun təyin olunmuş normativlərə uyğun olduğu da müəyyən edilib. Eyni zamanda, idxalatçı şirkətin İqtisadiyyat Nazirliyinin "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasına təqdim etdiyi nümunənin kimyəvi analizi də aparılıb və laboratoriyanın sınaq nəticələrinə dair protokolunda nəmliliyin normaya uyğun olduğu göstərilib. Qanunvericilikdə nəzərdə tutulan bütün prosedurlar həyata keçirildikdən sonra "Qualiko" əmtəə nişanı adı altında ölkəyə idxal olunan toyuq əti məhsulları gömrük rəsmiləşdirilməsindən keçirilib".


 
Qurumun Mətbuat Xidməti gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanına təqdim olunan sənədlərin surətini də ictimaiyyətə açıqlayıb.

 


 

Mətbuatda yayılan məlumata görə, Azərbaycanda insan həyatı üçün təhlükəli toyuq əti satılır.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov (AİB)  bildirib ki, məhsullar Ukraynadan ölkəmizə gətirilib.


 
O bildirib ki, keçən ilin may ayında istehlakçılar AİB-ə şikayət edərək bildiriblər ki, “Qualiko” (Viniskaya toyuq fabrikası) toyuq məhsullarında nəmliyin miqdarı çoxdur.


 
E. Hüseynovun sözlərinə görə, AİB-in ekspertizası müəyyən edib ki, həmin məhsullarda nəmliyin miqdarı normadan çoxdur, norma 4% olduğu təqdirdə bu məhsullarda nəmlik 40% olub. Üstəlik, toyuq məhsullarına naməlum kimyəvi maddələr əlavə olunub.


 
AİB sədri qeyd edib ki, təzəlikcə “Qualiko” toyuq məhsulları yenidən Azərbaycan bazarına daxil olub. Bu dəfə ekspertizanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komissiyası keçirib. Nəticədə toyuq məhsullarında normadan artıq baytarlıq preparatları aşkar edilib: “Məhsulun insan həyatı üçün təhlükəli olması təsdiqlənib. AİB bununla bağlı sənədləri Baş Prokurorluğa göndərib. Lakin bizdə olan məlumata görə, “Qualiko” məhsulları Bakının mərkəzində Mirəli Qaşqay küçəsində, Keşlə, Sumqayıt, Xırdalan, Lənkəranda və Gəncədə satılır. Əsasən, təhlükəli məhsullar Bakıda toyuq dönəri üçün geniş istifadə olunur”.

22.07.2017 11:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ