Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərsun Holdinq” gözlədiyindən daha çox şəkər çuğunduru qəbul edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun Holdinq” gözlədiyindən daha çox şəkər çuğunduru qəbul edə bilər

Ağstafa rayonunda ilk dəfə olaraq 300 hektar sahədə şəkər çuğunduru əkilib. Hazırda bitkinin çıxışını mütəxəssislər qənaətbəxş hesab edirlər.

 

Kənd təsərrüfatının bütün sahələri kimi çuğundur da diqqət mərkəzindədir. Belə ki, sahədə məhsul toplananadək insanlar mövsümi və daimi işlə təmin olunurlar. Təsərrüfatçılar bir hektardan 70 tondan çox məhsul götürəcəklərinə inanırlar.

 

Fermer Adıgözəl Heydanov deyib:

 

“Bu il ilk dəfə olaraq Dağkəsəmən kəndində 12 hektar şəkər çuğunduru əkmişəm. Sahələrdə aqrotexniki qaydada becərmə aparmışıq, indi üçüncü suvarmaya başlayacağıq. Hər hektardan 70 ton şəkər çuğunduru gözləyirik. Satışda heç bir problemimiz yoxdur. “Azərsun Holdinq”lə müqavilə bağlamışıq, məhsulumuzu yerindəcə götürəcəklər”.

 

Adıgözəl Heydanov onu da qeyd edib ki, “Aİ-92” markalı benzinin qiymətinin qalxması məhsulun becərilməsində heç bir problem yaratmayacaq. Çünki məhsulun əkilməsində, becərilməsində və yığımında istifadə olunan texnikalar dizel yanacağı ilə işləyir.

 

Fermer təsərrüfatının mütəxəssisi Musa Musayev bildirib ki, sahələrdə ziyanvericilərə qarşı mübarizə aparılıb. Bol məhsul gözlənilir:

 

“Göründüyü kimi, hektara 60-70 ton məhsul verəcəyik. Satışda da problem yoxdur. Yerindəcə qəbul edəcəklər. Gələcək planımız odu ki, bu il yaxşı olsa gələn il sahələri daha da genişləndirək”.

 

Ağstafada ilk dəfə əkilən çuğundurun məhsuldar olması bu sahəyə marağı xeyli artırıb. Üstəlik fermerlərə satış üçün yaradılan şərait gələn il sahələrin bir qədər genişləndirilməsinə zəmin yaradır. Bu da yüzlərlə insanın yeni iş yerləri ilə təmin olması deməkdir.

 

QAZAXDA DA MƏHSULDARLIQ YÜKSƏKDİR

 

Bu il Qazax rayonunda 520 hektar sahədə ilk dəfə şəkər çuğunduru əkilib.


 
Bunun 70 hektarı Aşağı Salahlı kəndinin payına düşür.


 
Sahibkarlar sahələrdə yaxşı çıxış əldə ediblər ki, bu da yüksək məhsuldan xəbər verir.


 
Fermer Aqil Sarıyev deyib:


 
“Bu il 3 hektarda şəkər çuğunduru əkmişəm. Əkinə mart ayının sonunda başladıq. Yüksək çıxış əldə olunub. Düzdür ilk dəfə idi çuğundur əkirdik. Ancaq torpağa qulluq edəndə onun bəhrəsini görmək olur. Yüksək məhsuldarlıq gözləyirik. Təxminən hektardan 70-75 ton məhsul olacaq. Gələcəkdə şəkər çuğunduru sahəsini 10-15 hektara çatdıracağıq.”

 

© Azərtac

22.07.2017 16:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ