“Financeleasing” “Finex Credit”dəki payını azaldıb
“Finex Credit” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 20% artıraraq 500 min manatdan 600 min manata çatdırıb.
Məlumata görə, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 1 000 səhm buraxılıb və qiymətli kağızları BOKT-un mövcud səhmdarları alıb. “Kapital Menecment” investisiya şirkətinin anderrayter olduğu proses yekunlaşandan sonra “Finex Credit”in səhmdarlarının pay bölgüsü dəyişib.
Belə ki, BOKT-un səhmlərinin 88%-nə nəzarət edən “Financeleasing” ASC kapital artımında iştirak etməyib. Yeni səhmləri “Finex Credit”-in 6,5%-lik səhmdarı Sevda Cəbrayıl qızı İbrahimova və 5,5%-lik səhmdarı Mobil Famil oğlu Şərifov əldə edib. Son nəticədə lizinq şirkətinin BOKT-dakı payı 73,3%-ə düşüb, əvəzində S.İbrahimova payını 14,4%-ə, M. Şərifov isə 12,3%-ə çatdırıb.
Xatırladaq ki, “Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. Bu maliyyə holdinqində həm də 2007-ci ildən fəaliyyət göstərən “Financeleasing” təmsil olunur. BOKT-da payını artırmış M.Şərifov “Financeleasing”in səhmlərinin 10%-nə də sahibdir. Nizamnamə kapitalı 1,2 mln. manat olan lizinq şirkətinin digər səhmdarları isə Tokay Murad oğlu Şıxəlizadə (19%), Murğuz Elşən oğlu Tağıyev (13,1%), Ramiz İbrahim oğlu İbrahimov (12%), Azad Malik oğlu Cavadov (12,7%), Azad Nəriman oğlu Cəbrayılov (3,2%) və digər 8 fiziki şəxsdir (30%)
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 d. əvvəl
-
1 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
4 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
8 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
8 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 11 saat əvvəl
- 11 saat əvvəl