Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft ölkələrinin gözü Sankt-Peterburqda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ölkələrinin gözü Sankt-Peterburqda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Neft İxrac edən Ölkələr Birliyi OPEC və təşkilata üzv olmayan digər ölkələr Rusiyanın Sankt-Peterburq şəhərində hasilatın məhdudlaşdırması razılaşmasına əməletməni və müqavilənin effektivliyini müzakirə edəcəklər.

 

"Marja" xəbər verir ki, sözügedən ölkələr xam neft istehsalını azaldırar. Azaldılan həcmlərin artırılacağı ehtimalının aşağı olduğunu bildirən mütəxəssislər, bunun da neftin qiymətlərini aşağı saldığını qeyd edirlər.

 

Neft qiymətləri ötən həftə 1.7% düşdükdən sonra bazar ertəsi günü çox dəyişməyib.

 

Mövzu haqqında məlumata malik mənbələrə görə, hasilatın azaldılması müqaviləsindən azad olan Nigeriya və Liviyanın istehsallarının məhdudlaşdırılması məsələsi Sankt-Peterburqda keçiriləcək toplantının gündəmində olmayacaq.

 

Digər tərəfdən, Baker Hughes Inc.-ının məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı bir ədəd azalıb.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Neft, artan qlobal təklifin Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmalarının təsirlərini silə biləcəyi narahatçılığı ilə "ayı" bazarında qalmaqda davam edir.

 

JP Morgan Chse & Co.-ya görə, bəzi üzvlərin müqaviləyə əməl etməyəcəklərini açıqlamasının ardınan, domino təsiri riski ilə əlaqədar olaraq, OPEC yəqin ki, ilin sonuna doğru hasilatın azaldılması öhdəliyinə daha az tabe olacaqdır.

 

ÜRƏKLƏ AL, ÜRƏKLƏ SÜR - TAM YENİ ACCENT

 

Nigeriya və Liviya son aylar hasilatlarını çoxlarının düşündüyündən daha sürətli artırıblar. Eyni zamanda ABŞ-da neft hasilatı artır. Bu səbəbdən neft qiymətləri aşağı düşüb.

 

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 45.87 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında  48.22 dollardan alıcı tapıb.  

24.07.2017 05:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ