Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nüfuzlu banklar Londonu tərk edirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nüfuzlu banklar Londonu tərk edirlər

Dünyanın daha bir nüfuzlu bankı Avropadakı baş ofisini Londondan çıxarır.  

 

Reklam_3_11

ABŞ-ın "Bank of America" (BofA) bankı baş ofisini İrlandiyanın paytaxtı Dublinə köçürəcəyini bildirib. Dublinə Bankın İnvestisiya bankçılığı Departamenti köçəcək. Bu barədə Bankın baş icraçı direktoru Brayan Moynihan (Brian Moynihan) açıqlama yayıb. O, Dublinə neçə işçinin gedəcəyini bildirməyib. Qeyd edək ki, hazırda "BofA"-nın London ofisində 4 500, Dublin ofisində 700 işçi çalışır.


Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın digər nüfuzlu bankı olan "Morgan Stanley" Avropa üzrə baş ofisini Londondan Frankfurta köçürəcəyi barədə xəbər yayıb. "Bloomberg" agentliyinin məlumatına görə, ilkin mərhələdə Bankın broker biznesinin köçürülməsi nəzərdə tutulub.


"Ernst & Young" konsaltinq şirkətinin hesabatında bildirilir ki, bir çox bank baş ofisini məhz Dublinə köçürmək istəyir. "Ernst & Young" əməkdaşlıq etdiyi 222 şirkətdən 59-nun artıq Avropa İttifaqında ofis açmaq və ya işçiləri mövcud ofislərə köçürmək istədiyini bildirib.

 

© Report

24.07.2017 06:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ