Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

BVF neft qiymətləri proqnozlarını aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF neft qiymətləri proqnozlarını aşağı saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu (IMF) 2017 və 2018-ci illər üçün neft proqnozlarını 3 dollar/barel azaldaraq müvafiq olaraq 51,9 və 52 dollar/barelə salıb.

 

Bu barədə IMF-ın yenilənmiş "World Economic Outlook" dünya iqtisadiyyatı üzrə iyul icmal hesabatında bildirilir.


Fondun analitiklərinin fikrincə, neft qiymətləri ABŞ-da yüksək hasilat həcmi və təklifin artması nəticəsində azalır: "2016-cı ilin ikinci yarısında başlayan neft qiymətlərinin artması nəticəsində inflyasiyanın yüksəlməsi prosesi də artıq zəifləyib".


Qeyd edək ki, IMF-in aprel icmalında neftin 2017-ci il üçün proqnoz qiyməti 55,23 dollar/barel, 2018-ci ili üçün isə 55,06 dollar/barel olub.

 

© Report

24.07.2017 07:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ