Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Taksilərdən istifadə edənlər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taksilərdən istifadə edənlər artıb

2017-ci ilin I yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 938 mln. 702,8 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 220,6 min nəfər (artım 34,5%), dəniz nəqliyyatı ilə 9,7 min nəfər (artım 21,3%), hava nəqliyyatı ilə 983,9 min nəfər (artım 23%), metro ilə 115 mln. 691,1 min sərnişin (artım 5,9%) daşınıb.

 

Bu ilin I yarısında avtomobil nəqliyyatı vasitələri ilə 820 mln. 797,5 min sərnişin (artım 1,8%), avtobuslarla 788 mln. 764,6 min sərnişin (artım 1,8%), taksi minik avtomobilləri ilə 32 mln. 32,9 min sərnişin (artım 3%) daşınıb.

 

Qeyd edək ki, son dövlər bir-birinin ardınca taksi şirkətlərinin fəaliyyətə başlaması qiymətlərin aşağı düşməsinə səbəb olub. Bu da sərnişinlərin xeyrinədir.

24.07.2017 07:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ