Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Liviya və Nigeriyada hasilatın azaldılması OPEC-in gündəmində olmayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Liviya və Nigeriyada hasilatın azaldılması OPEC-in gündəmində olmayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Liviya və Nigeriyanın neft hasilatlarını məhdudlaşdırmaları OPEC və digər neft ölkələrinin bu gün Sankt-Peterburqda keçiriləcək toplantısının gündəmində yer almayacaq. "Marja" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

 

Reklam_3_11

Liviya və Nigeriya, daha yüksək səviyyələrdə hasilatlara ehtiyac duyduqlarını bildiriblər.


 
Məlumatın gizli qalması lazım olduğu üçün ad vermək istəməyən iki mənbə, Nigeriyanın, hasilatın gündəlik 1.8 milyon barreldə sabit saxladığı halda, hasilatın artmasını dayandırmağa hazır olacağını deyib. 

 


Həmçinin mənbələr, Liviyanın, Dekabr ayı gəlməmişdən əvvəl gündəlik 1.25 milyon barellik hasilat hədəfinə çatana qədər istehsal məhdudlaşdırması barədə hər hansı bir razılığa gəlməyi planlaşdırmadığını bildirib. 

 

Səudiyyə Ərəbistanı və Rusiyanın da daxil olduğu neft istehsalçısı ölkələr, istehsalın məhdudlaşdırması barədə əldə edilmiş beynəlxalq müqavilənin effektivliyini qiymətləndirmək üçün Sankt-Peterburqda toplaşacaq.


 
Bazar günü OPEC-in saytında verilən açıqlamaya görə, həftə sonu Səudiyyə Ərəbistanının enerji naziri Xalid Al-Falih, "qarşılaşılan çətinliklər da daxil olmaqla" istehsal planlarını Liviya və Nigeriyadan gələn nümayəndələrlə görüşüb.


 
Liviya və Nigeriyanın hər ikisi də, Yanvar ayında qüvvəyə minmiş hasilatın məhdudlaşdırması müqaviləsindən, daxili çətinliklərə bağlı olaraq istehsalı  azad tutulub.

 

Brent nefti, Nigeriya, Liviya və ABŞ-da artan istehsalın OPEC və Rusiyanın da daxil olduğu müttəfiqlərinin Mart ayına qədər üzatdığı müqavilənin təsirini siləcəyi narahatçılığı ilə bu il 15% ucuzlaşıb.

24.07.2017 09:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ