Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"SOCAR-da işə qəbul olunmaq üçün tanış tapmaq lazım deyil" - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"SOCAR-da işə qəbul olunmaq üçün tanış tapmaq lazım deyil" - XƏBƏRDARLIQ

“Bu mövzuda mən, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bilgi verməyimizə baxmayaraq, görünür ki hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almamışlar...”.


Bu sözləri SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov işə düzəltmək adı ilə vətəndaşları aldadan dələduzların əməlləri haqda danışarkən qeyd edib.

Reklam_3_11


O, dələduzların toruna düşməməyə çağırıb:

 

“Bir daha vurğulayıram: SOCAR-da işə qəbul olunmaq üçün heç bir vasitə, qohum axtarmaq, tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf....


Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb, varını-yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm... Bu mümkün deyil və heç də olmur. Sonra da şikayətlənirlər ki, “aldanmışam, evimi yıxmışam, borc almışam...”.  Daha nələr, nələr... ürək ağrısız oxumaq olmur...  Əlbəttə, aidiyyatı üzrə həmin məktubları hüquq-mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunur... Amma zərər çəkmiş insanların haqları qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz... Hələ öz məqsədlərinə çatmaq üçün bu dələduzlar həyasızcasına təmiz, vicdanlı, zəhmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar... İnsanları aldatmaq üçün filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm deyirlər... Yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisən?.. Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyil...”.

 

© Modern.az

24.07.2017 10:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ