Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal bazarlar bu həftə önəmli xəbərlər gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlar bu həftə önəmli xəbərlər gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə maliyyə bazarları FED-in növbəti iclası, ABŞ-da II rübün korporativ hesabatları, ABŞ iqtisadiyyatı üzrə II rübün ilkin göstərici və Sankt-Peterburqda keçirilən OPEC+ neft nazirləri Monitorinq Komitəsinin iclasını diqqətlə izləyəcək.


FED-in bu həftə keçirəcəyi 2017-ci ilin 5-ci iclasında iqtisadçılar uçot dərəcəsinin dəyişdirilməyəcəyini ehtimal edirlər. Əsas diqqət FED-in açıqlamalarına yönələcək. Analitiklər FED-in balansını azaltma əməliyyatlarına başlama vaxtını daha çox sentyabr iclasında açıqlayacağını gözləyirlər.


SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN

 

Ekspertlər ABŞ-dakı iqtisadi artımı II rüb üzrə 2,5% səviyyəsində proqnozlaşdırırlar. Maliyyə bazarları artım tempinin 2%-ə yaxın olacağı təqdirdə, buna sərt reaksiya verə bilər. Belə ki, aşağı iqtisadi artım və inflyasiya FED-i uçot dərəcəsini artırmaq və balansı azaltmaq qərarından vaz keçirə və ya bu qərarı ertələməsinə səbəb ola bilər.


Həmçinin, bu həftə ABŞ-ın daha 200 şirkəti II rüb üzrə hesabatını açıqlayacaq. Bunların arasında "McDonald's", "Caterpillar", "General Motors", "Boeing", "Amazon" və "ExxonMobil" kimi nəhənglər var.

 

Qeyd edək ki, ötən həftə hesabatları açıqlanan şirkətlərin 73%-nin xalis mənfəəti proqnozları üstələyib.
Bununla yanaşı, bu gün Sankt-Peterburqda keçirilən OPEC+ Monitorinq Komitəsinin iclasından önəmli açıqlamalar gözlənilir. İclasda neft təklifinin azaldılması ilə bağlı önəmli qərar qəbul olunmasa, neft qiymətlərinin yenidən azalma trendinə girməsi ehtimal edilir.

 

© Report

24.07.2017 11:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ