Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türk iş adamları Azərbaycanda fındıq bağları alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk iş adamları Azərbaycanda fındıq bağları alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə dünya fındıq istehsalı bazarında liderliyini itirməmək üçün Azərbaycan və Gürcüstana sərmayə qoyur. 

 

Türkiyəli iş adamları Azərbaycan və Gürcüstandakı fındıq bağlarını kütləvi şəkildə icarəyə götürməyə və ya almağa başlayıblar. 

 

"Hazırda Gürücstanda 32 min hektar, Azərbaycanda isə 42 min hektar sahədə fındıq yetişdirilir. İki ölkənin potensialının 100 minlərlə ha olduğu bildirilir. Lazımi tədbirlər və siyasət aparılmasa, fındıq bazarındakı hakimlik rəqib görmədiyimiz ölkələrə keçə bilər", - deyə bu sektorda təmsil olunan şirkətin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, şokolad sahəsində ixtisaslaşmış beynəlxalq, nəhəng şirkətlər liderliyi Türkiyənin əlindən almaq üçün Gürcüstan, Azərbaycan, Bolqarıstan, İtaliya, İspaniya, Çili və Argentinada fındıq sahələrinin genişlənməsinə böyük sərmayə yatırırlar.

 

"İtaliya, İspaniya, Azərbaycan, Gürcüstan, ABŞ və digər ölkələr ümumilikdə fındıq istehsalında Türkiyənin təxminən 30%-ə qədərini istehsal edir. Bu, rəqəmlə təxminən 250-300 min ton deməkdir. Dünya fındıq istehsalı və ixracının təqribən 70%-ni Türkiyə təkbaşına reallaşdırır", - ekspert əlavə edib.

 

© Report

24.07.2017 12:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ