Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Oğurlanan azərbaycanlı iş adamları ilə bağlı Kiyevdən irəliləyiş gözləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Oğurlanan azərbaycanlı iş adamları ilə bağlı Kiyevdən irəliləyiş gözləyirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan rəhbərliyi baş verənləri diqqətlə izləyir və soydaşlarımızın taleyindən narahatlığını bildirir."

 

Bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın "Gordon" nəşrinə müsahibəsində bildirib.

 

"Bəzi məqamlar var, onlar barədə susmaq olmaz. 2014-2015-ci illərdə 8 azərbaycanlı iş adamı oğurlandı. Onlardan pul tələb ediblər. Bəziləri pul verərək canını qurtarıb, başqaları isə hələ də geri qayıtmayıb və itkin düşmüş sayılır", - A.Xudiyev deyib.

 

O xatırladıb ki, Azərbaycan nümayəndələri Ukraynanın Baş prokuroru Yuri Lutsenko, onun birinci müavini, həmçinin Ukrayna DİN başçısı Arsen Avakovla görüşüblər.

 

"Hər iki halda bizi əmin ediblər ki, bütün insidentlər maksimum operativ və obyektiv araşdırılacaq. Təəssüf ki, zaman keçir, lakin istintaqda irəliləyiş görmürük. Ən ağır məqamlardan biri, inanın ki, araşdırmanın nəticələri barəsində Bakıdan gələn suallara bizim cavab verə bilməməyimizdir", - səfir vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi baş verənləri diqqətlə izləyir və soydaşlarımızın taleyindən narahatlığını bildirir, çünki Ukraynada təxminən yarım milyon azərbaycanlı yaşayır.

 

"Bundan başqa, Ukraynada təqribən 11 min azərbaycanlı tələbə ali təhsil alır. Ukrayna bizim strateji tərəfdaşımızdır, biz də istərdik ki, ölkələrimiz arasında həll olunmamış məsələ qalmasın", - səfir diqqətə çatdırıb.

 

© Report

24.07.2017 13:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ