Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İran nə üçün valyutasını dəyişir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran nə üçün valyutasını dəyişir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranda Prezident Həsən Ruhaninin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. "Marja" İran mətbuatına istinadən xəbər verir ki, iclasda təxminən 90 ildir istifadə edilən ölkənin valyutanın dəyişdirilməsinə və Rial yerinə bundan sonra Tümən istifadə edilməsinə qərar verilib.


 
Nazirlər Kabineti tərəfindən verilən qərarın ölkə məclisi və sonra Konstitusiya Qoruyucular Şurasının üzvlərinin də təsdiq etməsi lazımdır.
 
Nazirlər Kabinetinin katibi Mohsen Haci Mirzayinin açıqlamasına görə, qərar qüvvəyə minərsə, hər 1 Tümən10 Rial dəyərində olacaq (denominasiya olacaq). Türkcə bir ifadə olan Tümən, daha əvvəl də İranda rəsmi pul vahidi olaraq istifadə edilmişdi. Tümən, Fars dilində Tuman, ya Tomen şəklində tələffüz edilir.


BUNDAN SƏRFƏLİ ALMAN AVTOMOBİLİ YOXDUR

 
İran dövləti, pul vahidini dəyişərək bank sistemini inkişaf etdirməyi və mövcud olan qarışıqlığı aradan qaldırmaq istəyir. Çünki bank və rəsmi sistemdə Rial ölkənin rəsmi valyutası kimi istifadə ediləsə də, xalq, gündəlik istifadədə puldan bir sıfır ataraq Tümən ifadəsini istifadə etməyə üstünlük verir.


 
 İran rəsmiləri Rialın gündəlik istifadədə gözdən düşməsinə inflyasiyanın da səbəb olduğunu bildirərkən, Tümənə keçməklə Amerika Dolları qarşısında da pulunun güclənəcəyinə ümid edir.

24.07.2017 13:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ