İran nə üçün valyutasını dəyişir?
İranda Prezident Həsən Ruhaninin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. "Marja" İran mətbuatına istinadən xəbər verir ki, iclasda təxminən 90 ildir istifadə edilən ölkənin valyutanın dəyişdirilməsinə və Rial yerinə bundan sonra Tümən istifadə edilməsinə qərar verilib.
Nazirlər Kabineti tərəfindən verilən qərarın ölkə məclisi və sonra Konstitusiya Qoruyucular Şurasının üzvlərinin də təsdiq etməsi lazımdır.
Nazirlər Kabinetinin katibi Mohsen Haci Mirzayinin açıqlamasına görə, qərar qüvvəyə minərsə, hər 1 Tümən10 Rial dəyərində olacaq (denominasiya olacaq). Türkcə bir ifadə olan Tümən, daha əvvəl də İranda rəsmi pul vahidi olaraq istifadə edilmişdi. Tümən, Fars dilində Tuman, ya Tomen şəklində tələffüz edilir.
BUNDAN SƏRFƏLİ ALMAN AVTOMOBİLİ YOXDUR
İran dövləti, pul vahidini dəyişərək bank sistemini inkişaf etdirməyi və mövcud olan qarışıqlığı aradan qaldırmaq istəyir. Çünki bank və rəsmi sistemdə Rial ölkənin rəsmi valyutası kimi istifadə ediləsə də, xalq, gündəlik istifadədə puldan bir sıfır ataraq Tümən ifadəsini istifadə etməyə üstünlük verir.
İran rəsmiləri Rialın gündəlik istifadədə gözdən düşməsinə inflyasiyanın da səbəb olduğunu bildirərkən, Tümənə keçməklə Amerika Dolları qarşısında da pulunun güclənəcəyinə ümid edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
18 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
22 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
22 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl