Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Virtual pulları xərcləmək üçün bank kartı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Virtual pulları xərcləmək üçün bank kartı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sinqapurda fəaliyyət göstərən bir şirkət, virtual pulların kart ilə xərclənməsini mümkün edən texnologiya inkişaf etdirib.

 

Reklam_3_11

İlin əvvəlindən bu yana təxminən 175 faiz bahalaşaraq 3 min dollara yaxınlaşan virtual pul vahidi Bitcoin, real həyata keçir.


 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Sinqapurda bank lisenziyasına malik "Tenx" adlı starap şirkəti, rəqəmsal pulları dollar, yen və avro kimi istifadə edilməsini təmin edəcək bank kartları istehsal edir.
 


Hər transferdən 2 faiz komisiya tutulan kartlardan bu günə qədər 10 min ədəd sifariş verilib. İllik 2 min dollar xərcləmək limiti olan kartların məhdudiyyəti lazımi şərtlər təmin edildikdə yüksəldilə bilinir.


 
Şirkət rəqəmsal pul kisələrini Visa kartına bağlayan xüsusi bir proqram yaradıb. İstifadəçi, bir kafe və ya restoranda ödəməsini Bitcoin-lə edərkən, qarşı tərəfin kassasına vəsait yerli pul vahidilə daxil olur.


 
"Tenx"in qurucularından Julian Hosp, transferlərin anında baş verdiyini və "konvertasiya haqqı" ödənmədiyini söyləyib.
 


Hələlik 8 rəqəmsal pulu dəstəkləyən proqramda, bu sayı 11-ə çıxarmaq planlaşdırılır. Təxminən 100 min dollar məbləğində aylıq pul transferinin 2018-də 1 milyon istifadəçi ilə 100 milyon dollara çıxması nəzərdə tutulur.
 

Son dövrlər Bitcoin-in infrastrukturu, sürətlə böyüməsinə cavab vermədiyi üçün hər bir əməliyyatın xərci 83 cent-ə qədər çıxmış və bu səbəblə də Bitcoin "mədənçiləri" fərqli həllər axtarmağa başlamışdır.


 
İyunda rekord səviyyəyə çatandan sonra bir miqdar geriləyən Bitcoin-ə həddindən artıq tələb səbəbilə yaranan əməliyyat gecikmələri, virtual pul vahidinin ikiyə bölünməsi müzakirələrini gündəmə gətirmişdi.


 
Ancaq daha sonra Bitcoin alqı-satqı sıxlığını aradan qaldıran Bitcoin Improvement Proposal 91-ə (BIP91) dəstək verilməsilə parçalanmanın qarşısı alındı.

24.07.2017 14:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ