Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft, Səudiyyə Ərəbistanın ixracı azaldacağı vədilə yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, Səudiyyə Ərəbistanın ixracı azaldacağı vədilə yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanı Avqust ayında xam neft ixracına məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb. Bu addım digər istehsalçıları hasilatın azaldılması öhdəliklərinə əməl etməyə təşviq edə bilər.


 
"Marja" xəbər verir ki, açıqlamanın ardınca neft bir qədər yüksəlib. OPEC-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanının energetika və sənaye naziri Xalid Əl-Falid, ixracın avqustda gündəlik 6.6 milyon barrel azaldılacağını bildirib. O, hasilatın azaldılması sazişində əməletməyə nəzarət edən komitənin artıq ixrac göstəricisi üzərində də çalışacağını sözlərinə əlavə edib.

Reklam_3_11


 
Neft, artan qlobal təklifin Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmalarının təsirlərini silə biləcəyi narahatçılığı ilə "ayı" bazarında qalmaqda davam edir.

 

JP Morgan Chse & Co.-ya görə, bəzi üzvlərin müqaviləyə əməl etməyəcəklərini açıqlamasının ardınan, domino təsiri riski ilə əlaqədar olaraq, OPEC yəqin ki, ilin sonuna doğru hasilatın azaldılması öhdəliyinə daha az tabe olacaqdır.
 

 

Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Qərbi Texas nefti 1,7% bahalaşma ilə 46.64 dollardan, Brent nefti 1,8% bahalaşma ilə 48,90 dollaran alıcı tapıb.

25.07.2017 05:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ