Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"BVF-nin Mərkəzi ofisi 10 il ərzində Çinə köçə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BVF-nin Mərkəzi ofisi 10 il ərzində Çinə köçə bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard, Vaşinqtonda keçirdiyi tədbirdə mühüm bəyanatlar verib.


 
"Marja" xəbər verir ki, Laqard, Çin və digər inkişaf etməkdə olan bazarların inkişaf trendi davam edərsə, 10 il ərzində BVF-nin mənzil-qərargahının (mərkəzi ofis) Vaşinqtondan Çinin paytaxtı Pekinə köçəcəyini söyləyib.

Reklam_3_11


Belə həmlənin inkişaf edən ölkələrin dünya miqyasında iştirakını artıracağını deyən BVF sədri, "Yəni belə bir söhbəti 10 il içərisində Pekindəki ofisimizdə edə biləcəyimiz anlamına gəlir" - deyib.


 
Laqard, BVF qaydalarına əsasən Fondun mərkəzi ofisinin üzvlər arasında ən böyük iqtisadiyyatda yer almasının vacibliyini də xatırladıb.


 
Beynəlxalq Valyuta Fondu, 1945-ci ildə qurulduğundan bu yana ABŞ-da yerləşir və bu ölkənin BVF qərarlarına veto qoymaq hüququ var, İdarə Heyətinin də 16,5%-ində söz sahibidir.


 
BVF ABŞ-ın 2018-ci il üzrə artım proqnozunu 2,8%-dən 2,1%-ə endirib. Mütəxəssislər, Çinin gələcək 10 ildə ABŞ-ın ümumi daxili məhsulunu da keçərək hər il 6%-dən çox böyüyəcəyini proqnozlaşdırır.

25.07.2017 05:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ