Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qarsda logistika mərkəzi yaradılacaq - Azərbaycan sazişi imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qarsda logistika mərkəzi yaradılacaq - Azərbaycan sazişi imzaladı

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Qarsda logistika mərkəzinin yaradılması haqqında saziş imzalanıb.

 

“Marja” xəbər verir ki,  sazişi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Texniki Sahə Araşdırması və "SBK Holdinq"inin  sahibi Sezgin Baran Korkmaz imzalayıblar.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə bir milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq. Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”. O, həmçinin bildirib ki, Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklər ildə 500 min konteynerə qədər artacaq.

 

Ötən həftə Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu qurumlarının rəhbərləri dəmir yolu xəttinin, o cümlədən Türkiyə-Gürcüstan sərhədindəki tunelin və infrastruktur obyektlərinin tikintisinin gedişi ilə tanış olublar. 

25.07.2017 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ